• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Vətən müharibəsi şəhidi Zaur Hüseynovun doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidi Zaur Hüseynovun doğum günüdür
24.06.2021 14:14
Vətən müharibəsi şəhidi Hüseynov Zaur Vaqif oğlu 1995-ci il iyunun 24-ü Masallı rayonunun Hişkədərə kəndində dünyaya göz açıb.

Ailənin iki oğlan övladından biri olan Zaur 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. 2014-cü ildə liseyi bitirib və həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul edilib. Burada hərb sənətinin sirlərinə yiyələnən Z.Hüseynov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.

Vətən müharibəsi zamanı Füzuli rayonunun Alxanlı kəndi istiqamətində düşmənin 7 postunun alınmasında fəal şəkildə iştirak edən leytenant hələ iyul ayında Tovuz döyüşlərinin də iştirakçısı olub.

Zaur Hüseynov sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Masallı rayonunda dəfn olunub.
Əsgərləri üçün təkcə komandir yox, həm də böyük qardaş olan leytenant Zaur Hüseynov hamı üçün mərd, cəsur, ailəsinə bağlı bir insan olub. Həyat yoldaşı Aytən Hüseynova deyir ki, torpaqlarımızın alınmasında Zaurun da əməyi olduğu üçün onunla fəxr edir.

İndi Zaurdan vətənə və ailəsinə əmanət qoyduğu 1 yaşlı qız övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Zaur Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol