• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngilan sakinlərinin Qayıdışla bağlı təklifləri öyrənilib

Zəngilan sakinlərinin Qayıdışla bağlı təklifləri öyrənilib
24.06.2021 16:15
İyunun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinin Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri ilə görüşü olub.
 
Görüş Böyük Qayıdışa hazırlıq ərəfəsində məcburi köçkünlərlə dialoqu davam etdirmək, köçürülmə strategiyası ilə bağlı fikir mübadiləsi, məlumatlandırma və maarifləndirmə işi aparmaq məqsədilə keçirilib. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Zəngilan rayonunun üçüncü Ağalı kəndində icrasına başlanan "ağıllı kənd” layihəsinin xüsusiyyətləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Ən müasir texnologiyaların tətbiq edilməsi ilə yenidən qurulacaq yaşayış məntəqələrinə köçürülmənin könüllülük prinsipi ilə, ləyaqətlə və təhlükəsizlik şəraitində həyata keçiriləcəyi diqqətə çatdırılıb.
 
Ağalılılar "ağıllı kənd” layihəsinin ilk dəfə onların ata-baba yurdunda həyata keçirilməsinə görə fərəh hissi keçirdiklərini və dövlətimizin başçısına minnətdar olduqlarını bildiriblər. Layihə üzrə işlərin gedişi barədə məlumatları maraqla izlədiklərini vurğulayan kənd sakinləri işğaldan azad edilmiş doğma yurd yerlərinin hazırkı vəziyyətini görmək istəklərini İctimai Şura üzvlərinə çatdırıblar. Eyni zamanda yenidən salınan kəndə köçürülmənin təşkili ilə bağlı fikirlərini ifadə edib, bir sıra təkilflər irəli sürüblər. Köçürülmə zamanı əvvəllər kənddə mövcud olan ənənələri nəzərə almağın vacibliyi vurğulanıb. Ağalı kəndindən olan gənclər qayıdışdan sonra məşğulluğun təmin edilməsi məsələsi ilə bağlı rəy və arzularını bildiriblər.
 
İctimai Şuranın sədri Anar Xəlilov səsləndirilən bütün təkliflər əsasında hesabat hazırlanacağını, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunacağını qeyd edib.
 
Görüşdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mövsumov, Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
 







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol