Şadlıq saraylarında kondisionerlərin işlədilməsi barədə AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərinin işlədilib-işlədilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Bu barədə agentlik məlumat yayıb.
Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur.
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq tənzimlənir. Əlavə olaraq, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























