İki azərbaycanlı yeniyetmə göldə boğularaq ölüb - YENİLƏNİB

Gürcüstanın Qardabani rayonunda süni göldə batan digər yeniyetmənin də meyiti tapılıb.
"Report”un yerli bürosu xəbər verir ki, batan şəxslərin hər ikisi Nəzərli kənd sakinidir.
İlkin məlumatlara əsasən, 15 yaşlı yeniyetmə sahilə çıxa bilməyib və 17 yaşlı dostu ona kömək etməyə çalışıb. Nəticədə hər ikisi boğularaq ölüb.
***
Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda 15-17 yaşlarında iki yeniyetmə süni göldə batıb.
"Report”un yerli bürosu xəbər verir ki, dalğıclar onlardan birinin meyitini tapıblar.
Yayılan məlumatlara əsasən, göldə üç yeniyetmə çimib. Onlardan yalnız biri sahilə çıxıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























