• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ əlillərinin keçirdiyi aksiya ilə bağlı rəsmi açıqlama yayıldı

Qarabağ əlillərinin keçirdiyi aksiya ilə bağlı rəsmi açıqlama yayıldı
27.05.2014 17:42
Dövlət Gömrük Komitəsi (DGK) mayın 26-da bir qrup Qarabağ əlilinin komitənin qarşısında keçirdiyi aksiya ilə bağlı açıqlama yayıb.DGK mətbuat xidmətindən verilən məlumata görə, dünən bir qrup Qarabağ əlili komitənin inzibati binası qarşısına toplanaraq iddia edib ki, guya onlara məxsus Türkiyədən gətirilmiş 23 ton 800 kiloqram portağal yükü əsassız olaraq Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük keçid məntəqəsində saxlanılıb və onlardan yükün hər tonuna görə əlavə pul istənilib. Araşdırmalar zamanı məlum olub ki, yükün əsl sahibi, adı gizli saxlanılan “sahibkar” Qarabağ əlillərinin adından və statusundan istifadə edərək müəyyən güzəştlərdən yararlanmağa çalışıb. Eyni zamanda gətirilən yükün nəqliyyat-müşayiət sənədlərində çatışmazlıqların mövcud olduğu aşkarlanıb: “Əlavə olaraq pul istənilməsi məsələsinə gəlincə, bu gömrük orqanları əməkdaşlarına atılan şər və böhtandan başqa bir şey deyil”. Məsələ ilə bağlı  DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev elə həmin gün Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov başda olmaqla bir qrup Qarabağ əlilini qəbul edib, onların fikirlərini dinləyib, mövcud qanunvericiliyə uyğun olaraq məsələnin həlli ilə bağlı müvafiq tövsiyələrini görüş iştirakçılarının nəzərinə çatdırıb: “Görüşdən razılıqla ayrıldıqdan sonra əlillərin bir qrupu nədənsə fikirlərini dəyişərək yuxarı instansiyalara müraciət edərək, təhdidedici bəyanatlar səsləndiriblər. Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov şəxsən DGK ilə əlaqə saxlayaraq razılığını ifadə edib, görüşdən sonra etiraz edən əlillərin sadəcə təxribatla məşğul olduqlarını bildirib. DGK rəsmi olaraq bir daha bildirir ki, Qarabağ əlillərinin səsləndirdiyi ittihamlar əsassızdır, məqsədli şəkildə gömrük orqanlarına atılan şər və böhtandır”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol