Fermerlərə mina təhlükəsinə dair təlim keçirilib

Arıçı-fermerlərə "Mina Təhlükəsinə dair Maarifləndirmə” təlimi keçirilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, qurum tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) müraciəti əsasında Göygöl Regional Mərkəzində Kəlbəcər rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerlərə "Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim keçirilib.
İcra edilən təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib.
Eyni zamanda arıçı-fermerlərə vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarından ibarət sərgi təşkil edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























