• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell”in #QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru

“Azercell”in #QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru
25.06.2021 10:51
"Azercell”in təşəbbüsü ilə hazırlanan və sosial mediada milyonlarla baxış toplayan #QadınDediyin layihəsi növbəti beynəlxalq mükafata layiq görülüb.

İndiyədək bir neçə nüfuzlu beynəlxalq festivallarda qalib olan layihə bu dəfə  Şərqi Avropanın ən böyük yaradıcı festivallarından biri olan "White Square”də "For Bravery” özəl mükafatını alıb.

"For Bravery” mükafatı hər il cəmiyyətin önəmli problemlərini işıqlandıran ən cəsarətli layihələrə təqdim olunur. Bu il Minskdə keçirilən "White Square” festivalında  dünyanın 30-dan çox ölkəsindən 1000-dən çox nümayəndə iştirak edib. Onlar arasında #QadınDediyin çarxının xüsusi qiymətləndirilməsi bu layihənin dünya miqyasında əhəmiyyətli mövzuya toxunduğunu təsdiqləyir.

Qadın hüquqlarının müdafiəsi kimi həssas bir mövzuya həsr olunan bu layihədə cəmiyyətimizdə zərif cins nümayəndələri ilə bağlı stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs edir. Milli Olimpiya Komitəsi və "Azercell” arasındakı əməkdaşlıq nəticəsində yaranan layihədə öz həyat hekayələri ilə bu stereotipləri qıran uğurlu azərbaycanlı qadın idmançıları iştirak ediblər. Onlar öz  hədəflərinə doğru əzmkarlıqla addımlamaqla, inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını sübut ediblər.

Ötən il yayımlanan bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaradıb. Nüfuzlu influenserlər və bloqqerlər tərəfindən dəstəklənən layihə sosial şəbəkələrdə 85%-i müsbət geri dönüş olmaqla, ümumilikdə 3.8 milyon insana çatdırılıb. Beləliklə, Azərbaycan reklam tarixinin ən cəsarətli kampaniyalarından birinə çevrilən #QadınDediyin layihəsi həm yerli, həm beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə bacarıb. 

 Azercell şirkətinin KSM sahəsində həyata keçirdiyi təşəbbüslər indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə ali mükafatlara layiq görülüb. #QadınDediyin layihəsi bundan əvvəl Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan "Red Jolbors” festivalında iki yüksək mükafat alıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol