• $
  • €
  • ₽
  • ₺
  • £

Bütün siyasi məhbuslar azad olunacaq - Deputat

Bütün siyasi məhbuslar azad olunacaq - Deputat
27.05.2014 17:09
“İlin sonuna kimi əfv fərmanı gözlənilir”. Bu sözləri Axar.az-a Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.Onun sözlərinə görə, proses ilin sonun qədər davam edə bilər: “Mən inanıram ki, cənab Prezident ildə bir neçə dəfə əfv fərmanı imzalayan şəxs kimi bu proses baş verəcək və qarşıdan gələn zamanlarda yeni-yeni əfv fərmanlarının şahidi olacağıq. Bu yaxın zamanlarda da ola bilər, bu ilin sonuna qədər də. Amma istənilən halda bu gün adları müzakirə predmeti olan şəxslərin böyük əksəriyyəti əfv fərmanı ilə azadlığa çıxacaq”. Millət vəkili dünən Prezidentin imzaladığı əfv fərmanına siyasi məhbus siyahılarında adı keçənlərin salınmamasına da aydınlıq gətirdi: ”Bildirmək istəyirəm ki, bəzi hüquq müdafiəçilərinin siyahısında olan insanların bir çoxunun hökmü qanuni qüvvəyə minməyib. Bilirsiniz ki, əfv fərmanı hökmü qanuni qüvvəyə minmiş şəxslərə şamil olunur. Ona görə də bu gün Apeliyasiya Məhkəməsində onlarla bu cür şəxsin məhkəməsi gedirsə və onlara əfv fərmanı şamil olunmursa, bu, qanunauyğundur. Görünür, bəzi həmkarlarım qanunun bu incəliyini bilmədiyi üçün ağına-bozuna baxmadan danışırlar. Bu insanların işi məhkəmədədir. Bəlkə onlara bəraət veriləcək? Bəlkə elə bir cəza veriləcək ki, ümumiyyətlə kiminsə müzakirə predmeti olmayacaq? Əgər cənab Prezident humanist akt qəbul edərək 170-dən çox məhbusu və ümumilikdə minlərlə Azərbaycan vətəndaşını sevindiribsə, buna kiminsə qısqanclıqla yanaşması və yaxud bu akta hansısa başqa bir don geyindirilməsi yolverilməzdir”.ANN.Az   
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol