• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedənlərə vacib xəbər – VİDEO

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedənlərə  vacib xəbər – VİDEO
25.06.2021 14:54
Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edən şəxs 3-cü ölkəyə keçə bilməyib.

Bu hadisə Bakı sakini İsmayıl Eyyubovun başına gəlib.

O, iyunun 18-i Türkiyəyə işgüzar səfər edib. İki gün sonra isə xarici pasportu ilə Türkiyə üzərindən Gürcüstana keçmək istəyib. Bu zaman o, hava limanında təyyarəyə buraxılmayıb.

Turizm üzrə ekspert Murad Əhədzadə bu problemin son günlər çox yaşandığını deyir. Bildirir ki, Türkiyə üzərindən tranzit olaraq üçüncü ölkəyə səfər etmək istəyənlər Azərbaycanı tərk edərkən mütləq Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə deyil, xarici pasportla daxil olmalıdırlar. Çünkü üçüncü ölkəyə daxil olmağın əsas şərti Azərbaycanı tərk edərkən xarici pasporta möhürün vurulmasıdır.

Murad Əhədzadə bildirir ki, Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə səfər imkanı yeni olduğundan, tranzit uçan turistlər məlumatsızlıqdan tez-tez belə problemlə üzləşirlər. Ancaq yaxın gələcəkdə bu problemin həll edilməsi gözlənilir.

Aprel ayının 1-dən etibarən Azərbaycan vətəndaşları tək şəxsiyyət vəsiqəsi ilə yalnız Türkiyəyə səyahət edə bilərlər. Həmin ölkədə vizasız qalma müddəti isə 90 gündür.(xəzər tv)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol