Azərbaycanda Hindistan ştammı təhlükəsi

Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı - "Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir.
Artıq dünyanın 11 ölkəsində yeni ştamma rast gəlinib.
Alimlər COVID-19-un Hindistan ştammına (DELTA) yoluxmuş xəstələrin dörd yeni simptomla qarşılaşdıqlarını bəyan edirlər. Belə ki, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Halbuki pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi. Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var. "Delta” variantı son altı ayda 60-dan çox ölkədə yayılıb.
Mütəxəsislər "Delta Plus”un (K417N) ilk dəfə Cənubi Afrika qeydə alındığını iddia edirlər. Bu da o deməkdir ki, hind variantlı ştamm Cənubi Afrika növü ilə qarışıqdır. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur.
Eyni zamanda bu virus ağciyər hüceyrələrinə daha asan düşür. Lakin yenə də bu sahədə tədqiqatlar davam edir. Delta ştammı daha çox gənc və iki doz peyvəndi vurdurmayan şəxslərdə müşahidə edilir. İlkin araşdırmalara görə Pfizer-Biontech vaksinin iki dozasının yeni ştamma qarşı 80 %-in üzərində effektiv olduğu bildirilir.
"Delta” variantına qardaş ölkə olan Türkiyədə də yoluxan şəxslər olub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca 134 belə faktın olduğunu təsdiqləyib.
Bu da o deməkdir ki, Hindistan ştammı Azərbaycana hər an daxil ola bilər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparılır:
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev isə açıqlamasında deyib ki, "Delta” variantının fərqli populyasiyalarda sürətlə yayıldığını və ölüm riskində müxtəlif fərqlər yaratdığını elmi tədqiqatlar da göstərir:
Nuran Abdullayevin sözlərinə görə, bu gün Azərbaycanın qarşısında duran məqsəd o olmalıdır ki, yeni ştammın ölkədə yayılmasının qarşısı maksimum dərəcədə alınsın: "Ən vacib faktor yeni ştamma qarşı yüksək effektivli peyvəndlərdən istifadə etməkdir. Azərbaycanın əlindəki bugünkü imkanlarla müəyyən formada koronavirusun "Delta” variantına qarşı tez bir zamanda effektli peyvəndlərlə insanları vaksinasiyaya cəlb etmək labüddür. Mən inanıram ki, artıq effektli peyvəndlərin nə demək olduğunu artıq hər kəs başa düşür”.
Bu ilin mart ayında Azərbaycanda "Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























