• $
  • €
  • ₽
  • ₺
  • £

DYP sürücülərə xəbərdarlıq edib

DYP sürücülərə xəbərdarlıq edib
25.06.2021 18:19
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yollarda aqressivlik nümayiş etdirən, zorakılığa əl atan sürücülərə xəbərdarlıq edib.

DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli "Report"a bildirib ki, iyunun 24-ü axşam saatlarında Nərimanov rayonu ərazisində yol hərəkəti zəminində sürücülər arasında mübahisə baş verib və həmin mübahisə bir sürücünün qətli ilə nəticələnib.

O, yollarda diqqətli olmağı, qaydaları pozmamağı və hərəkət iştirakçılarına qarşı nəzakətli olmağı tövsiyə edib: "Son zamanlar yollarda aqressiya göstərərək sürücülük mədəniyyətindən, həmçinin insanlıq mövqeyindən kənarlaşaraq səbirsizlik nümayiş etdirən sürücülərlə tez-tez rastlaşırıq. Hətta bu cür sürücülərin hərəkətləri sosial şəbəkələrdə də yayılır. Dövlət Yol Polisi İdarəsi olaraq həmin sürücüləri idarəyə dəvət edərək onlarla profilaktik söhbətlər aparırıq və etdikləri hərəkətin təhlükəli olduğunu izah edirik.

Qeyd edim ki, ötən gün yol verməmək üstündə baş vermiş qətl hadisəsi hamımızı təəssüfləndirdi. Buna görə də bir daha sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yollarda hərəkət edərkən qanunlara birmənalı olaraq əməl etsinlər, anlaşılmazlıq baş verən zaman isə aqressiv hərəkətlərə yol verməsinlər. Əgər yolda kiminsə etdiyi hərəkət onu psixoloji durumdan çıxarırsa, yaxşı olardı ki, bu halların baş verməməsi üçün psixoloqlara müraciət edərək öz sağlamlıqları ilə məşğul olsunlar. Qayda pozan sürücülərlə bağlı isə yol polisinə şikayət etsinlər ki, məsələni biz araşdıraq və qanun çərçivəsində tədbirlər görək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol