• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx Polad Həşimovun məzarını ziyarət etdi (FOTOLAR)

Şeyx Polad Həşimovun məzarını ziyarət etdi (FOTOLAR)
25.06.2021 22:23
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Ordusunun qəhrəman şəhidlərinin məzarlarını ziyarət ediblər.


Qaynarinfo xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, din xadimləri qəhrəman Vətən oğullarının xatirəsini yad etmək üçün əvvəlcə İkinci Fəxri xiyabanda olublar. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə digər şəhidlərimizin məzarlarını ziyarət din xadimləri şəhidlərimizə Allahdan rəhmət diləyərək, məzarları üzərinə tər çiçəklər düzüb, ruhları üçün dualar ediblər.


Sonra Şəhidlər xiyabanına gələn din xadimləri burada dəfn olunan qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildirib, ruhlarına dualar oxuyublar.


Jurnalistlərə müsahibə verən Şeyxülislam Allahşükür Paşazadə Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, bu il biz Şəhidlər xiyabanını qalib xalq kimi ziyarət edirik. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daim müzəffər olmasını arzulayırıq. Bizə bu Qələbəni yaşadan şəhidlərimizə minnətdarıq. Uca Allah Azərbaycan xalqını və dövlətini hər zaman qalib qərar versin. Amin!
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol