• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümov yeni direktor təyin etdi

Səlim Müslümov yeni direktor təyin etdi
27.05.2014 16:15
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov qurumun Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin edilib.Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, yeni direktora mərkəzin fəaliyyət istiqamətləri üzrə məqsədyönlü işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Mərkəzinin fəaliyyətinin yenidən qurulması üçün islahat tədbirlərinə başlanıb. Belə ki, mərkəzdə müvafiq struktur dəyişiklikləri aparılmaqla, onun ölkədə əmək bazarı və əmək münasibətləri, sosial müdafiə, məşğulluq, əhali sakinliyi, proqnozlaşdırma məsələləri üzrə elmi-tədqiqat yönümlü fəaliyyəti gücləndiriləcək. Habelə əhalinin həyat səviyyəsini əks etdirən meyllərin tədqiqi, bazar iqtisadiyyatı şəraitində əməyin ödənilməsinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, əməyin nəticələri ilə əmək haqqının əlaqələndirilməsi sisteminin təkmilləşdirilməsi sahələrində müəssisə konkret işləri yerinə yetirəcək. Bununla yanaşı, nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması, mütəxəssis heyətinin ixtisasının artırılması və peşəkarlıq səviyyələrinin yüksəldilməsində Mərkəzin aktiv iştirakı təmin olunacaq. Mərkəzin elmi təşkilatlar, müxtəlif ölkələrin müvafiq elmi qurumları və mötəbər beynəlxalq təşkilatlarla (BMT Əhali Fondu, Avropa Təhsil Fondu, Dünya Bankı, BƏT və s.) əməkdaşlıq əlaqələri gücləndiriləcək. Əmək və sosial müdafiə sahələrində qabaqcıl dünya təcrübəsi öyrənilməklə mütərəqqi islahatların aparılması ilə bağlı layihə və təkliflərin hazırlanması da Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olacaq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol