• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda şəhidlərin xatirəsi əbədiləşdirilib

Sumqayıtda şəhidlərin xatirəsi əbədiləşdirilib
30.06.2021 18:05
Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yaşayış kompleksinin ərazisində Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə inşa edilib. Abidə Sumqayıt şəhərində fəaliyyət göstərən məcburi köçkün icmasının təşəbbüsü və "Qartal” tikinti firmasının təşkilatçılığı ilə hazırlanıb. İyunun 30-da abidənin açılış mərasimi keçirilib.
 
Mərasimdə torpaqlarımızın işğaldan qurtarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə canlarını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistanın işğalçı qüvvələrini məhv edərək, xalqımıza qələbə sevinci yaşatdığı,  məcburi köçkünlərin torpaq həsrətinə son qoyduğu qürur hissi ilə vurğulanıb. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin qəhrəmanlığı gənc nəsillər üçün örnəkdir. Onların xatirəsini əbədiləşdirən hər bir abidə müqəddəs ziyarətgahdır.
 
Şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və məcburi köçkünlərin doğma yurda qayıdışı istiqamətində zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı ilə həmin ərazilərdə təhlükəsizlik tədbirləri görülür, kommunikasiya xətləri bərpa olunur, müasir standarlara cavab verən "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası əsasında yeni layihələr icra edilir.
 
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, "Qartal” tikinti firmasının rəhbəri Şahin Məmmədov, Qubadlı, Laçın, Sumqayıt icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Komitəsi yanında İctimai Şura üzvləri, şəhid ailələri, müharibə veteranları, məcburi köçkün icmasının üzvləri iştirak ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol