• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bələdiyyə sədri “avtoşluq” etdi

Azərbaycanda bələdiyyə sədri “avtoşluq” etdi
01.07.2021 09:40
Şabranın Uzunboyad bələdiyyəsinin sədri Rafiq Tofiq oglu Muradov "avtoşluğa” görə cərimələnib. Bu haqda "Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, olay ötən ay baş verib. Rafiq Muradov rayon ərazisində yol hərəkəti qaydalarını  kobud surətdə pozub. Dövlət Yol Polisi İdarəsinin Şabran rayon şöbəsinin əməkdaşlarının saxla əmrinə tabe olmayıb. "Avtoş” bələdiyyə sədrinin saxlanılması üçün tədbir görülüb, rayon ərazisində Rafiq Muradovun idarə etdiyi avtomobil saxlanılıb. Bələdiyyə sədri canını cərimə ödəməklə qurtara bilib.


Rafiq Muradovun adı mətbuatda 2018-ci ildə də hallanmışdı. Həmin ilin noyabrında bələdiyyə sədrinin oğlu, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, Az 90 XF 512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub. S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı  tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Həmin vaxt bələdiyyə sədrinin oğlunun idarə etdiyi avtomobillə 2 nəfərin vurulması xəbəri vardı. Lakin o dövrdə Rafiq Muradovun qrup yoldaşı, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin müdaxiləsi ilə qəzanın miqyası kiçildilib, bələdiyyə sədrinin oğlu cəzadan kənar saxlanılıb. 


Bundan başqa, Rafiq Muradovun Uzunboyad kəndində əhalinin narazılığına səbəb olan bir neçə addım atdığı haqda da xəbərlər var. 44 günlük Vətən müharibəsində şəhid olan Uzunboyad sakinlərinə həmkəndliləri xatirə parkı tikmək qərarı veriblər. Park üçün kəndin mərkəzində boş torpaq sahəsi seçilib.


Bələdiyyə sədri Rafiq Muradov buna qarşı çıxıb, kəndin kənarında bir yer göstərməklə parkın tikintisinin orada aparılmasına çalışıb. Sakinlərin etirazlarından sonra isə bələdiyyə sədri ortaya bir sənəd çıxarıb ki, bəs bu torpaq sahəsi mənimdir. Sakinlərin ciddi təpkisindən sonra məsələyə rayon rəhbərliyi qarışıb, sonda bələdiyyə sədri geri çəkilməli olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol