• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada öldürülən azərbaycanlının qardaşı: “Qardaşım siyasi oyunların qurbanı oldu”

Suriyada öldürülən azərbaycanlının qardaşı: “Qardaşım siyasi oyunların qurbanı oldu”
27.05.2014 13:25
“Mənim qardaşım Suriyada gedən siyasi oyunların qurbanı oldu”. Bunu APA-ya açıqlamasında iki gün əvvəl Suriyada öldürülən azərbaycanlı döyüşçü Elməddin Quliyevin qardaşı Xəqani Quliyev deyib. Onun sözlərinə görə, qardaşı bir il əvvəl Suriyaya gedib: “Dünən mətbuatda qardaşımın ölüm xəbəri yayılandan sonra hüquq-mühafizə orqanları mənim ifadəmi alıb. Onlara da dedim, bizim ailəmizdə hamı ibadət edir. Buna baxmayaraq, ailəmiz Elməddinin Suriyaya getməsinin əleyhinə olub, mən də onun bu əməlini dəstəkləməmişəm. Elməddin bir neçə il əvvəl də Əfqanıstanda döyüşlərə qatılmışdı. Ailəmizin təkidi ilə oradan qayıtdı və işləməyə başladı. Təxminən bir il əvvəl yenidən Suriyaya getdi, bu dəfə onun ölüm xəbərini aldıq. Qardaşım ərəb dünyasında gedən siyasi oyunların qurbanı oldu. Onun şəhid olub-olmadığını da Allah bilir, biz bu barədə heç nə deyə bilmərik”. X. Quliyev həmçinin qeyd edib ki, qardaşı çox savadlı olub, Suriyaya getməzdən əvvəl Azərbaycanda xarici şirkətlərin birində çalışıb: “Qardaşım Sumqayıt Dövlət Universitetini bitirib. Xarici şirkətdə işlədiyi üçün ingilis dilini mükəmməl bilirdi. Lakin nə fayda, bildiklərini də özü ilə apardı”. Qeyd edək ki, APA dünən Suriyada daha bir azərbaycanlının öldürülməsi barədə məlumat yayıb. APA-nın Suriyada vuruşan azərbaycanlı döyüşçülərdən aldığı məlumata görə, “Yehya Azəri” kimi tanınan azərbaycanlı döyüşçü Hələb yaxınlığında Bəşər Əsəd qüvvələri tərəfindən vurulub. Azərbaycanlı döyüşçülər onun meyitinin fotosunu da APA-ya təqdim ediblər. Həyata keçirilən araşdırmalar nəticəsində Suriyanın Hələb şəhəri yaxınlığında öldürüldüyü barədə məlumat yayılan azərbaycanlının Sumqayıt sakini, 1979-cu il təvəllüdlü Elməddin Quliyev olduğu müəyyən edilib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol