DİN-dən evlərdə təşkil ediləcək toylarla bağlı AÇIQLAMA

Hər hansı bir formada həyətdə, çadırda, yaşayış evində keçirilən toy mərasimlərində 50 nəfərdən artıq şəxs iştirak etməməlidir.
Anews.az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Elşad Hacıyevin sözlərinə görə, yalnız 50 nəfərin iştirakı ilə bu məclislərin evdə, çadırda keçirilməsinə icazə verilir:
"Bu zaman tibbi maskalardan istifadə önəmlidir. Başqa məhdudiyyət yoxdur və insanlar bu qaydalara riayət etsinlər. Bu barədə ərazi üzrə icra hakimiyyətləri, bələdiyyələr ilə polis orqanları birgə iş aparır. Evdə keçirilən toy məclislərinə dəvət edilən şəxslərdən COVID-19 pasportu tələb edilmir. Bu səbəbdən tibbi maskadan istifadə tövsiyə edilir ki, virusa yoluxma halları müşahidə edilməsin”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib