• $
  • €
  • ₽
  • ₺
  • £

Elektrik enerjisinə tələbatda rekord göstərici - “Azərişıq”dan xəbərdarlıq

Elektrik enerjisinə tələbatda rekord göstərici - “Azərişıq”dan xəbərdarlıq
01.07.2021 16:00
İyun ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.
 
"Azərişıq” ASC-dən Anews.az-a verilən məlumata görə, iyun ayının 21-dən etibarən havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub.


Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına gətirib çıxarıb. İyun ayının 21-26-sı aralığında enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 6,2 milyon kVts artıb. İyun ayının 27-si 16,4 milyon, iyun ayının 28-i 20,4 milyon, iyun ayının 29-u isə 18,2 milyon kVts olmaqla son 3 gündə 55,0 milyon kVts elektrik enerjisinin istehlakında artım qeydə alınıb. Bununla da iyun ayının 29-u elektrik enerjisinin günlük tələbatı "Azərişıq” ASC üzrə 66,4 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olmuşdur. İyun ayında isə ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon kVts olması gözlənilir.


"Azərişıq” ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol