• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Rusiya sərhədində problem yaranıb

Azərbaycan-Rusiya sərhədində problem yaranıb
27.05.2014 12:52
Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb.Bu barədə çərşənbə axşamı Trend-ə şahidlər məlumat veriblər.Xəbər verilir ki, növbənin yaranmasına bu günlərdə Gürcüstanın Daryal dərəsində Terek çayının subasar sahəsinə böyük dağ süxurlarının tökülməsi ilə əlaqədar Gürcüstanın avtomobil yollarında yaranmış problem səbəb olub.Şahidlərdən biri deyib: "Nəticədə Gürcüstan-Rusiya sərhədini keçmək istəyən yük maşınları Azərbaycan ərazisi ilə Gürcüstana keçməyə məcbur olublar. Sərhədi keçmək istəyənlərin böyük axını Azərbaycan-Rusiya gömrüyündə ləngimələr yaradıb ki, bu da sərhədin hər iki tərəfində onlarla avtomobildən ibarət növbənin yaranmasına gətirib çıxarıb".Mayın 17-də Gürcüstandakı Kazbek dağlarının şimal-qərb yamacında Devdorak buzlağının bir hissəsi sürüşüb və yolda palçıq selinə çevrilərək Terek çayının təxminən 400 metr boyunca məcrasını və Gürcüstan-Hərbi yolunu örtüb. Uçqunun hündürlüyü, alimlərin qiymətləndirmələrinə görə, 20 metr təşkil edir.Gürcüstan KİV-nin məlumatına görə, Qveleti kəndində sürüşən dağ kütləsi altında Gürcüstan-Rusiya sərhədi istiqamətində hərəkət edən avtomobillər və tranzit yük maşınları qalıb. Eləcə də tikilməkdə olan Daryal SES yanındakı tunelin girişini dağ süxurları doldurub və magistral qaz kəmərinin bir hissəsini zədələyib. Bu səbəbdən də Gürcüstandan Ermənistana Rusiya qazının tranziti dayandırılıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol