• $
  • €
  • ₽
  • ₺
  • £

Razi Nurullayev: “Tarif Şurası ləğv edilməlidir”

Razi Nurullayev: “Tarif Şurası ləğv edilməlidir”
02.07.2021 11:56
"Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil. Hökumət açıq şəkildə desin ki, dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrılır və onlar da səmərəli işləmir. Dövlət onların götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəyəcək. Səmərə və effektivlik varmı? Bahalaşma ona görədir ki, məhz ayrılan dotasiyalara görə əmək haqlarını və pensiyaları qaldırmaq olmur. Məhz ona görədir ki, "uşaq pulu” adı gələndə aidiyyəti vəzifəli şəxslər qulaqlarını tutur”.


Anews.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

"Əgər bu populyar olmayan qərarlar 20 il öncə verilsəydi, bizim vətəndaşlar fərqli və sosial cəhətdən rifah bir Azərbaycanda yaşayardılar. Yüz milyonlarla vəsait və kreditlər də havaya sovrulmazdı, oğurlanmazdı və xaricə daşınmazdı. Xalq gözünü Neft Şirkətinə dikib, o belə dövlət büdcəsindən dotasiya alır. Belə yanaşma dünyada varmı, bəlkə var, mən bilmirəm. AZAL büdcənin pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz də basa-basa gedib Tiflisdən uçuruq. Uzun sözün qısası- Tarif Şurası ləğv edilməli və səlahiyyətləri isə Parlamentə verilməlidir. 10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir. İnanıram ki, bu qərarın mənfi təsirini azaltmaq üçün hökumət tərəfindən əlavə sosial qərarlar və paketlər hazırlanacaq. Milli Məclis də bu yöndə lazımi müzakirələri keçirməlidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol