ABŞ Azərbaycana 1 milyon dollar ayırıb

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda
üç səyyar klinikanın təhvil verilməsində iştirak edib. Həmin səyyar klinikalar
ucqar və həssas icmalarda mühüm səhiyyə xidmətləri göstərəcəklər. Səyyar
klinikalar Şamaxı və onun ətraf kəndlərində hər il minlərlə insana xidmət
edərək qarşısı alına biləcək xəstəkliklərin erkən diqanozuna, ucqar yerlərdə
müalicənin əlçatanlığına və həyatları xilas etməyə kömək edəcək. Səyyar
klinikalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin
icra etdiyi PROACT-Qayğı layihəsi çərçivəsində ABŞ Beynəlxalq İnkişaf
Agentliyinin (USAID) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə
dəstəyi ilə alınıb.
Səfər zamanı səfir Litzenberger həmçinin elan edib ki, Amerika Birləşmiş Ştatları USAID vasitəsilə Azərbaycan hökumətinin COVID-19 pandemiyası ilə mübarizə səylərinə dəstək məqsədilə əlavə 1 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.
Sözügedən əlavə vəsait Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Beynəlxalq Qızıl Xac və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (BQXQAC) verilib. ÜST hal-hazırda davam edən PROACT-Qayğı layihəsini genişləndirərək ilkin səhiyyə xidmətləri müəssisələrində infeksiyaların qarşısı alınması səylərini təkmilləşdirəcək və onlar tərəfindən əsas səhiyyə (qeyri-COVID) xidmətlərinin davamlı göstərilməsi bacarıqlarını artıracaq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq şəraitində BQXQAC koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həssas icmalarda infeksiyaların qarşısı alınması təcrübələrinin aşılanmasına kömək edəcək, habelə pandemiyanın səbəb olduğu çətinliklərin öhdəsindən gəlmək üçün psixoloji yardım göstərəcək.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bəyan edib ki, "Amerika Birləşmiş Ştatları çətin dövrlə üzləşdiyimiz bir zamanda Azərbaycana davamlı dəstək göstərməkdə sadiq qalır. Yalnız əl-ələ çalışmaqla biz COVID-19-a qalib gələ bilərik.”
Həmin əlavə vəsait də daxil olmaqla Amerika Birləşmiş Ştatları COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 6,6 milyon dollar vəsait ayırıb. Bu vəsait 1,300 səhiyyə işçisinin infeksiyaların profilaktikası və onlara nəzarət; səhiyyə müəssisələrin daxilində risklərə dair məlumatlılıq və risk kommunikasiya tədbirləri; Bakı və bölgələrdə 16,000-dən çox ailəyə (təqribən 80,000 şəxsə) qida və gigiyenik əşyalardan ibarət yardım; habelə virusun yayılmasının qarşısını almaq məqsədilə preventiv tədbirlərə dair 3 milyondan artıq insanı əhatə edən geniş kommunikasiya tədbirlərinə ayrılıb.
Son iyirmi il ərzində ABŞ qlobal səhiyyə tədbirlərinə 140 milyon ABŞ dollarından artıq yardım ayırıb. USAID-in pandemiya ilə mübarizə səyləri haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun https://www.usaid.gov/coronavirus.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib