• $
  • €
  • ₽
  • ₺
  • £

Oğlu minaya düşüb ölən, gözləri görməyən ana... - Video+Fotolar

Oğlu minaya düşüb ölən, gözləri görməyən ana... - Video+Fotolar
02.07.2021 19:40
1992-ci ildə Laçından məcburi köçkün düşən Əsli Baxşəliyeva erməni təcavüzünün üçqat qurbanıdır. 

"Qafqazinfo"nun əməkdaşları hazırda Tərtərdə məskunlaşan Əsli anaya bəş çəkib, onunla söhbət edib.

Qadının 58 yaşı olmasına baxmayaraq, ötən illər ərzində çəkdiyi əziyyətlər artıq onu haldan salıb. O, ilk növbədə 28 il məcburi köçkün statusunu daşıyıb, doğma yurd-yuvasından çıxdığı üçün çətin, əzablı günlər görüb. Daha sonra o əzabı görə bilməyib, ağrını, acını hiss edərək yaşayıb. Çünki laçınlı qadının artıq 7 ildir ki, hər iki gözü görmür, birinci qrup əlildir. Bu səbəbdən heç bilmədim anaya Laçının azad olunmasına görə gözaydınlığını necə verim. 

Gözaydınlığı vermək mənim üçün həm də, ona görə çətin idi ki, Əsli ananın oğlu Bəxtiyar Mahmudov bu ilin fevralında Suqovuşanda minaya düşərək həlak olub. Ana oğlunu görməyən gözləri ilə ağlayıb. Bu, bir ana üçün dünyanın ən böyük dəhşətidir desəm, yəqin ki, yanılmaram.

Tərtərin Şıxarx qəsəbəsində məskunlaşan, Vətən müharibəsi zamanı cəbhəyə yardım aparan 33 yaşlı Bəxtiyarın geridə iki körpəsi atasız qalıb. İndi bu iki uşaq həm Əsli anaya əmanət olmaqla yanaşı, həm də onun gözləri, əlləridir.

Əsli Baxşəliyevanın üçqat müharibə qurbanı olmasını Vətən müharibəsi zamanı düşmən tərəfindən  oğlu Bəxtiyarın evinə atılan mərmi tamamlayır. Həmin mərmi Bəxtiyarın evinə ziyan vurub, tövləsini dağıtsa da, ailənin verdiyi məlumata görə, müharibənin yaratdığı fəsada görə indiyədək yerli icra qurumlarından onlarla maraqlanan olmayıb.
 

 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol