• $
  • €
  • ₽
  • ₺
  • £

Polad Həşimovun və bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olundu - FOTO

Polad Həşimovun və bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olundu - FOTO
02.07.2021 23:01
Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medallar onların ailələrinə təqdim olunub.

BAKU.WS xəbər verir ki, mükafatların təqdimetmə mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirdi ki, Azərbaycan ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ilə qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. Vətən müharibəsi ərazilərimizin azad edilməsi, işğalın sona çatması, 30 ilə yaxın davam edən münaqişənin həlli ilə nəticələndi.

Vurğulandı ki, bu Qələbəni cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, canı-qanı bahasına əldə etdik. Bu qələbədə xidməti olmuş hər bir hərbi qulluqçularımız dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Azərbaycanın Milli Qəhrəmanı”, "Vətən Müharibəsi Qəhrəmanı” adları, müxtəlif orden və medallarla təltif olunurlar.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Ramiz Cəfərovun, "Qarabağ” ordenli şəhidimiz Taleh Kərimovun, Kapitan Fərrux Həşimovun, gizir Şəhriyar Quliyevin, miçman Ruslan Rəcəbovun, Zaur Ələsgərlinin təltifləri ailələrinə təqdim edib. Təltifləri qəbul edən şəhid ailələri hərbçilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
 










www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol