• $
  • €
  • ₽
  • ₺
  • £

İnfeksionist: “Dördüncü dalğa ehtimalı çox yüksəkdir”

İnfeksionist: “Dördüncü dalğa ehtimalı çox yüksəkdir”
03.07.2021 10:30
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, xüsusilə təhlükəli koronavirus növlərinin dünya üzrə yayılması davam edir.


Daha çox narahatlıq doğuran isə COVID-19-un Hindistan ştammı kimi tanınan "Delta” və "Delta-plyus” növləridir. Artıq 96 ölkədə yayılmış ştammın coğrafiyası getdikcə genişlənir.


Azərbaycanlı həkimlər də, zahirən sabit görünən epidemioloji vəziyyətə baxmayaraq, ölkəmizə yeni koronavirus növlərinin "gəlişini” gözləyirlər. Məsələ burasındadır ki, koronavirusun "Delta” variantı artıq Gürcüstan, Rusiya, İran və Türkiyədə, yəni bizi əhatə edin əksər qonşu dövlətlərin ərazisində aşkar olunub.


Pandemiyanın ilk günlərindən görünməz düşmənlə mübarizə aparan infeksionist həkim Nicat Əzimli Caliber.Az üçün xəstəliyin yeni dalğasının başlaması riskini qiymətləndirib.


"Koronavirusun "Delta” variantı daha yüksək infeksiya sürətilə seçilir və qonşu ölkələrdə göründüyünü nəzərə alsaq, Azərbaycanda da ortaya çıxma ehtimalı böyükdür. Vəziyyət qənaətbəxş olduğu bir müddətdə, yoluxma sayını yüksək adlandırmaq olmaz. Ancaq eyni zamanda, dördüncü dalğanın başlanma ehtimalının çox yüksək olduğundan, arxayınlaşmaq da olmaz.


Virus mütəmadi olaraq mutasiyaya uğrayır və onun dünyaya yayılan yeni növləri ortaya çıxır. Məhz bu səbəbdən yoluxmuş insanların sayında payıza yaxın artımın olması mümkündür. Ancaq bütün karantin tədbirlərinə əməl etsək dördüncü dalğadan yan keçə bilərik”, -deyə N.Əzimli qeyd edib.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol