• $
  • €
  • ₽
  • ₺
  • £

Tarix İnstitutunda ixtisarlar

Tarix İnstitutunda ixtisarlar
27.05.2014 12:07
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun sədrliyi ilə keçirilən şurada 2014-cü il aprelin 4-dən 25-dək olan müddət ərzində keçirilən elmi işçilərin attestasiyasının nəticələri ilə bağlı məsələ müzakirə olunub. Şurada Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərara uyğun olaraq AMEA Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyası keçirilib.Elmi Şuranın sədri AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək gənclərə üstünlük verilməsinə baxmayaraq uzun illərdən bəri Tarix İnstitutuna gənc mütəxəssislərin işlə təmin olunması üçün lazımınca vakant yerlərin ayrılmamasını təəssüf hissi ilə qeyd edib.Tarix institutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov keçirilən attestasiyanın nəticələri ilə Elmi Şura üzvlərini tanış edib. Məlum olub ki, institutun əməkdaşları fəaliyyət göstərdikləri son 5 ildəki elmi nəticələr nəzərə alınaraq müvafiq olaraq baş elmi işçi, aparıcı elmi işçi, elmi işçi və kiçik elmi işçi vəzifələrinə uyğun görülüblər. Bəzi əməkdaşlara isə tutduğu vəzifələrdə saxlanılmaqla öz elmi tədqiqat işlərinin səmərəsini artırmaq üçün bir il vaxt verilib. Fərdi plan əsasında elmi tədqiqat işlərini yerinə yetirməyən və müntəzəm olaraq işə davam etməyən bəzi əməkdaşlar isə tutduqları vəzifələrdən azad ediliblər. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol