• $
  • €
  • ₽
  • ₺
  • £

Daha beş restoran CƏRİMƏLƏNDİ

Daha beş restoran CƏRİMƏLƏNDİ
03.07.2021 18:36

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
 
AQTA-dan Modern.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 2-də tarixində ölkə üzrə 421 ictimai iaşə obyektində 738 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
 
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
 
1. Bakı şəhəri, Sabunçu rayonu, B. Bünyadov küç., ev 510m ünvanında yerləşən, hüquqi şəxs "İSSİ" MMC-yə məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Babaşov Amil Xudayar oğluna məxsus restoran;
3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ştq, Sahil çimərliyində yerləşən, fiziki şəxs Abbasov Yusif Abbas oğluna məxsus restoran;
4. Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kemal Atatürk parkında yerləşən, fiziki şəxs Seyidzadə Mircavid Mirtofiq oğluna məxsus "Park-Fore” restoranı;
5. Tovuz rayonu, Abulbəyli kəndi, Bakı-Qazax şosessində yerləşən, fiziki şəxs Nəbiyev Eldar Qədir oğluna məxsus çay evi.
 
AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol