• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərin bu kəndində hazırda 660 erməni yaşayır

Kəlbəcərin bu kəndində hazırda 660 erməni yaşayır
04.07.2021 20:30
XIX əsrdə bu kənddə yerləşmış ermənilər onun adını dəyişib "Araçadzor” kimi rəsmiləşdirmişlər…

Ermənilər hüquqi-inzibati cəhətdən Azərbaycan Respublikasının Kəlbəcər rayonuna aid olan "Araçadzor” adlandırılmış Dovşanlı kəndində Milli Ordumuzun qalib gəldiyi II Qarabağ savaşından sonra normal həyatlarını sürməkdə davam edirlər.

Anews.az xəbər verir ki, bunu kəndin qanunsuz "icma rəhbəri” Vaqram Andreasyan Xankəndidəki separatçı nəşrlərə açıqlamasında söyləyib.

"Kənddə hazırda 660 sakin var. 1 dekabr 2020-ci ildən 129 şagirdin təhsil aldığı məktəb və 25 körpənin getdiyi uşaq bağçası da açılıb. Müharibədən sonra kəndə digər ərazilərdən 22 erməni ailə köçürülüb.
İcma binası kənddəki boş evlərdən birində yerləşir. Ziyafət salonumuz yoxdur. Təcili yardım məntəqəsi qəzalı vəziyyətdədir. Kəndə qaz və elektrik enerjisi verilir. Su ilə bağlı problemimiz var, bunun üçün indi kəndə su kəməri çəkilir. Kəndi magistral yolla birləşdirən yol asfaltlanıb”- deyə "icma rəhbəri” bildirib.

V. Andreasyan kənd sakinlərinin işlə təmin olunmasından və gələcək planlarından bəhs edib. O, məşğulluğun əsas istiqamətlərinin heyvandarlıq, əkinçilik, bağçılıq, tərəvəz yetişdirmək, həmçinin, yaxınlıqdakı Kaşen mis-molibden mədənində bəzi işlərlə bağlı olduğunu qeyd edib. Hazırda kənd ot biçini ilə məşğuldur” – xəbərdə belə deyilir.

Zəruri arayış:
Dovşanlı – Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Xaçın çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə bu kənddə yerləşmış ermənilər onun adını dəyişib "Aracadzor” kimi rəsmiləşdirmışlər. Tədqiqatçılar Aracadzor oykonimini ermənicə arc və dzor sözlərindən ibarət "ayı dərəsi” mənasını ifadə edən toponim kimi izah etmişlər. Əslində araça/araçı türk dillərində "qoruyucu, keşikçi”, zor/zur "təpə, zirvə” deməkdir…
1917-ci ildə Dovşanlı altı qışlağı olan böyük kənd kimi qeydə alınmışdır. Güman etmək olar ki, bu coğrafi ad dovşanlı nəslinin adı ilə bağlı olub, etnotoponimdir.

1992-ci ildə kəndin keçmış adı yenidən bərpa edilib. Dovşanlı kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Dovşanlı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Dovşanlı kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 44 günlük savaşdan sonra isə Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalıb…/moderator.az/

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol