Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmi AÇIQLANDI

İyun ayında "TURKUAZ” layihəsi çərçivəsində hər iki istiqamətdə ümumilikdə 222 konteyner daşınıb.
"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti "ADY Konteyner”dən Yeniavaz.com-a verilən məlumata əsasən, ötən ay Azərbaycandan Türkiyəyə dörd konteyner blok qatarında əsasən, kimya sənayesi məhsulları ilə yüklənmiş 82 konteyner yola salınıb.
Azərbaycandan Türkiyəyə bu müddət ərzində TURKUAZ exspres blok qatarları ilə ümumilikdə 2 214 ton yük daşınıb. Bu layihə çərçivəsində ötən ay Türkiyədən Azərbaycana beş blok qatarda 140 konteynerlə ümumilikdə 3 780 ton yük çatdırılıb. Konteynerlərlə Türkiyədən Azərbaycana əsasən kimya sənayesi məhsulları, inşaatda istifadə edilən materiallar və şəkər tozu gətirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























