• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşlarının Almaniyaya səfərinə icazə verildi

Azərbaycan vətəndaşlarının Almaniyaya səfərinə icazə verildi
05.07.2021 17:12
Daha bir neçə ölkənin vətəndaşlarının Almaniyaya səyahət etməsinə icazə verilib.


Anews.az "schengenvisainfo” saytına istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilir ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları Almaniyaya turizm məqsədilə səfər edə bilərlər.


"Bu ölkələrin vətəndaşları olan istənilən şəxs vacib səyahət səbəbi olmadan və vaksinasiya statusundan asılı olmayaraq ölkəyə daxil ola bilər”, - deyə nazirliyin məlumatında qeyd olunur. 


Qərar Avropa İttifaqı Nazirlər şurasının 2021-ci il 1 iyul tarixli qərarına əsaslanır.


Bu məqamda bildirək ki, Almaniya iyunun 25-dən etibarən üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini ("Pfizer”, "Moderna”, "AstraZeneca” və "Johnson&Johnson”) vurdurmuş turistlərin ölkəyə girişi barədə qərar verib.


Avropa İttifaqı (Aİ) iyulun 1-də Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.


Qeyd edək ki, Almaniya Avropanın ən çox zərər görmüş ölkələrindən biridir. Bu günə qədər ölkədə koronavirus infeksiyasına 3 729 682 yoluxma faktı aşkarlanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol