Rusiyanın 37 şəhərindən Azərbaycana uçuşlar həyata keçiriləcək

"S7 Airlines" aviaşirkəti Federal Hava Nəqliyyat Agentliyindən (Rosaviatsia) Rusiyanın ümumilikdə 37 şəhərindən Azərbaycanın 2 böyük şəhəri Bakı və Gəncəyə uçuşlar həyata keçirmək üçün izin alıb.
Bu barədə "İnterfax” agentliyi məlumat yayıb.
Aviaşirkət Rusiyanın 14 şəhərindən - Orenburq, Vladikavkaz, Nalçik, Rostov-Don, Saratov, Voronej, Nijni-Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekatrinburq, Soçi, Mahaçqala və Jukovski hava limanından Bakıya həftədə 3 dəfə uçuşlar həyat keçirməyi planlaşdırır.
Sözügedən şirkət həmçinin Rusiyanın 23 şəhərindən - Novosibirsk, Samara, Ufa, Kazan, Kemerovo, Krasnoyarsk, Krasnodar, Minvodı, Volqoqrad, Həştərxan, Vladikavkaz, Nalçik, Rostov, Saratov, Voronej, Nijni Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala və Jukovski hava limanından Gəncəyə həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























