• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən sürücülərə ÇAĞIRIŞ

Yol polisindən sürücülərə ÇAĞIRIŞ
06.07.2021 14:44
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarədən bildirilir ki, bəzi nəqliyyat vasitələrində odsöndürən olmaması problem yaradır: "Müşahidələrimiz göstərir ki, bəzən fərdi minik avtomobillərinin, xüsusilə ümümi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən və yaxud yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır və həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur ki, bu da ağır fəsadlarla nəticələnir.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı odsöndürənin olması tələb edilsə də, bəzi şəxslər buna laqeyd yanaşaraq yalnız avtomobillərini texniki baxışdan keçirməkdən ötrü odsöndürəni haradansa əldə edib, sonra isə geri qaytarırlar. Buna görə də lazım olan məqamda nəqliyyat vasitəsində odsöndürən olmur.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobillərinin texniki sazlığına mütəmadi nəzarət etsinlər, eləcə də baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün nəqliyyat vasitələrində odsöndürənin olmasını mütləq təmin etsinlər".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol