• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA 7 müəssisədə pozuntu AŞKARLADI

AQTA 7 müəssisədə pozuntu AŞKARLADI
06.07.2021 16:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 5-də ölkə üzrə 424 ictimai iaşə obyektində 702 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər pr. 26A ünvanında yerləşən, hüquqi şəxs "Bon Appetit" MMC-yə məxsus kafe;

Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi 5b ünvanında yerləşən, fiziki şəxs‎ Məmədov Cəmaləddin Elxan oğluna restoran;

Bakı şəhəri, Səbail ‎rayonu, Dəniz Mall t/m-də yerləşən, hüquqi şəxs "GFC" MMC-yə məxsus restoran;

Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehtiyev küçəsi 81a ünvanında yerləşən, fiziki şəxs Məmmədov Azər Bilal oğluna məxsus "Quzu Qabırğası” kafesi;

Bakı şəhəri, Nizami rayonu, Xarici dairəvi yolunda yerləşən, fiziki şəxs Cahangirov Ruslan Həmid oğluna məxsus "Səhər Mehi” restoranı;‎

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., H. Z. Tağıyev küç., ev 122 ünvanında yerləşən, fiziki şəxs Yusibov Ceyhun Adil oğluna məxsus restoran;

Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi 29‎ ünvanında yerləşən, fiziki şəxs Rəhimov Oqtay Emin oğluna məxsus "Peçat” dönər evi.

AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol