• $
  • €
  • ₽
  • ₺
  • £

Lisey əməkdaşının cinayət işi məhkəməyə göndərilib

Lisey əməkdaşının cinayət işi məhkəməyə göndərilib
06.07.2021 16:10
Göyçay Peşə Liseyində baş vermiş qanunsuzluqlar ilə bağlı Göyçay rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Göyçay rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, 2000-2021-ci illər ərzində liseydə inzibati təsərrüfat işləri üzrə direktor müavini işləmiş Fazil Qədirov 2020-ci ilin yay aylarında onunla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında bağlanmış əmək müqaviləsinə əsasən, tədris müəssisəsinin əmlakının uçotonu və inventarlaşdırılmasını təşkil etmək, qiymətli malların və materialların qorunub saxlanmasını təmin etmək səlahiyyətlərinə malik tam maddi məsul şəxs olmaqla, liseyin balansında olan ümumilikdə 5 min 600 manat dəyərində əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.

İş üzrə toplanmış sübutlar əsasında Fazil Qədirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını mənimsəmə) maddələri ilə ittiham elan edilməklə barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol