• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda qadın maşinistlərin sayı artırılır

Bakı metrosunda qadın maşinistlərin sayı artırılır
09.07.2021 23:59
"Bakı Metropolteni" QSC-nin bu il fevralın 1-dən 15-nə qədər maşinisti peşəsi üzrə etdiyi seçim turları başa çatıb.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, müsabiqədə ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı 24-30 yaşı arasında olan kişi və qadınlar iştirak edib. Kişi namizədlərdən yararlılıq kateqoriyası ilə üçün həqiqi hərbi xidmət keçməsi də əsas tələblərdən biri olub.

Elan nəticəsində 300 nəfərə qədər müraciət qeydə alınıb. Bütün tələblərə uyğun gələn 170 namizəddən metropolitenin təlim-tədris mərkəzində birinci mərhələdə 125 iddiaçı iştirak edib. Qeyd etmək lazımdır ki, bu mərhələdə iddiaçılar məntiq və metropolitenlə bağlı ibtidai biliklərdən ibarət testlə yoxlanılıblar.
 
Onlardan 35 nəfər müsbət nəticə göstərərək müsahibə və testdən ibarət olan psixoloji sınaq mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdən 16 nəfər tələblərə uyğun hesab olunaraq kadr komissiyasına dəvət olunub.

Bütün mərhələlərin yekunu olaraq maşinist peşəsi üzrə seçilmiş 10 nəfərin nəzəri kursu başlayıb. Onlardan biri qadındır.

2018-ci ildə "Bakı metropoliteni”ndə yeni qaydalarla aparılan ilk seçim turunda bir qadın bütün mərhələləri uğurla keçərək, kursa cəlb olunmuş və o, 2019-cu il aprel ayının 1-dən metropolitendə qatar maşinisti kimi çalışan ilk qadın Günay Həbibli olub.

Hazırkı kursun müdavimləri üç ay nəzəri kurslarda iştirak edəcək, daha sonra bitdikdən sonra praktiki vərdişlərin mənimsənilməsi kurslara cəlb ediləcəklər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol