• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn ilin sonunda “Xocasən” metrostansiyası istifadəyə veriləcək

Gələn ilin sonunda “Xocasən” metrostansiyası istifadəyə veriləcək
09.07.2021 14:02
Bakı metropolitenin "Xocasən” stansiyası 2022-ci ilin sonunadək istifadəyə veriləcək.

Bunu "APA-Economics”ə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, son dövrlərdə Xocasən qəsəbəsində, eləcə də qəsəbəyə yaxın ərazilərdə əhalinin sayının sürətlə artmasını nəzərə alaraq, istismara veriləcək stansiya burada yaşayan əhalinin ictimai nəqliyyata olan tələbatını ödəyəcək:

"Burada qatarların təmiri, texniki baxışı üçün ən vacib olan infrastruktur qurulacaq və bu işlərin tərkib hissəsi olaraq həmin ərazidə "Bakmil” kimi yerüstü stansiyanın inşası nəzərdə tutulub. Həmin işlər sürətlə davam etdirilir. Əgər pandemiya kimi hər hansı qeyri-adi maneələr olmasa, bu stansiyanın gələn ilin sonuna təhvil verilməsi nəzərdə tutulur”.

QSC-nin rəsmisi əlavə edib ki, hər bir stansiya istismara verildikdən sonra həmin ərazidən istifadə edən sərnişinlər hansı ictimai nəqliyyata üstünlük verməyi müəyyən edirlər:

"Hazırda "8 noyabr” stansiyası fəaliyyət göstərir, lakin onun sərnişin kontingentinin hələ tam müəyyən olunduğunu demək olmaz. Çünki stansiya istismara verilsə də, həmin ərazidə yaşayan və işləyən insanlar müəyyən müddət keçdikdən sonra hansı nəqliyyat növündən istifadə edəcəkləri barədə qərar verirlər. Bu günədək istismara verilən bütün stansiyalarda da belə olub. Sərnişin kontingenti təqribən 6 ay ərzində tam formalaşır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol