Dolu rayonlara ciddi ziyan vurdu

Azərbaycanın bölgələrinə yağan dolu və leysan yağışları kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə açıqlamasında dolu və leysan yağışlarının Tovuz rayonunun Böyük Qışlaq kəndində yetişdirilən kartof və digər kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurduğunu söyləyib. Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan dolu və leysan xarekterli yağışlar digər bölgələrə də ziyan vurub: “Yağan yağış Ağstafa və Qazax rayonlarına ziyan vurub. Gədəbəy və Şəmkir rayonlarına da dolu düşüb. Əsas ziyan Tovuz rayonun Böyükqışlaq kəndinin ərazisinə dəyib. Şəki, Ucar, Cəlilabad rayonlarında dolu müşahidə olunmayıb. Qubaya isə ümumiyyətlə dolu düşməyib”. Murtuzəli Hacıyev yağan dolunun bölgələrdəki meyvə təsərrüfatına heç bir ziyan vurmadığını da sözlərinə əlavə edib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev keçmişdə dolu dağıtmaq üçün istifadə olunan qurğulardan da söhbət açıb. Onun sözlərinə görə, sovet dövründə dolu dağıdan qurğulardan istifadə məsələsini kolxoz və sovxozlar müəyyənləşdirirdi. Nazirliyin rəsmisi dolu dağıdan qurğuların yenidən bərpası və istifadə olunması barəsində onlarda heç bir məlumatın olmadığını da söyləyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























