• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə “patı” əməliyyatı, saxlanılanlar var - Foto

Gəncədə “patı” əməliyyatı, saxlanılanlar var - Foto
10.07.2021 09:59
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan "heroin” aşkar edilərək götürülüb. 

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Abbasov saxlanılıb. Polis İdarəsində üzərindən "heroin” aşkar edilən A. Abbasov narkotik maddəni 20 manata aldığını etiraf edib.

Hazırda sonuncuya narkotik maddəni satan mənbənin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə  rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. İdarənin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı şəhər sakini Orxan Abdullayev saxlanılıb, üzərindən aşkar edilən narkotik maddə olan "metamfetamin” müvafiq ekspertizaya göndərilib.

Bundan başqa Kəpəz RPİ-də şəhər sakinləri Elşad Abdullayevin və Cavid Mayılovun üzərlərinə şəxsi baxış keçirilən zaman onlardan "metamfetamin” və "heroin” aşkar edilib.

Baş İdarə əməkdaşları da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirib. Cinayət Axtarışı İdarəsinin əməkdaşları şəhər sakini Ceyhun İbrahimovda "heroin” aşkar edərək barəsində toplanan cinayət materialını istintaqa göndərib. Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri anoloji tədbirlər nəticəsində isə şəhər sakini Namiq Əliyev saxlanılaraq bölməyə gətirilib. Onun üzərindən isə narkotik maddə olan "heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya göndərilib. Faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol