• $
  • €
  • ₽
  • ₺
  • £

Bu tarixdən magistraturaya qəbul olanların qeydiyyatı başlayır

Bu tarixdən magistraturaya qəbul olanların qeydiyyatı başlayır
12.07.2021 11:06
İyulun 13-dən ali təhsilin magistratura səviyyəsinə qəbul olan şəxslərin elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatına başlanılır.

Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat iyulun 22‑dək davam edəcək.

2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər.
 
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə;

- 3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

- Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı bu gündən etibarən iyulun 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Ünvan: Hüseyn Cavid pr., 115 (I mərtəbə, otaq 150)
Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol