• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alim: “Delta” variantı bu gün deyildiyi qədər də ölümcül deyil”

Azərbaycanlı alim: “Delta” variantı bu gün deyildiyi qədər də ölümcül deyil”
13.07.2021 09:51
"İngiltərədən olan sonuncu elmi statistik nəticələrə baxdıqda mühüm rəqəmlərlə rastlaşırıq. Belə ki, "Delta” variantının ölüm faizi orada daha da aşağı düşüb və hazırda 1,9% ölüm faizi göstərən "Alfa” variantı ilə müqayisədə "Delta”nın ölüm faizi 0,2% təşkil edir. Bununla da bu gün dəqiq deyə bilərik: Hazırda heç bir elmi əsaslı sübut yoxdur ki, "Delta” variantı bundan əvvəlki virus variantları ilə müqayisədə ölümcüldür”.

Bu fikirləri açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Alim bildirib ki, İsrail və Sinqapurda yeni yoluxmaların 95 %-dən çoxu "Delta” variantı ilə baş verib: "mRNA əsaslı peyvəndlər sayəsində ölüm faizi çox aşağıdır. "Delta” növü peyvənd almayanlar və ya az peyvənd olanlar arasında daha çox yayılıb. Bu variantın ölüm faizinin İngiltərədə son təqdimatda aşağı düşməsinin səbəbi onun gənclər arasında daha çox yayılmasıdır ki, orada da ölümə çox az rast gəlinir”.


N.Abdullayev qeyd edib ki, İngiltərədə daha maraqlı statistikanı isə 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər olan yoluxmaları bu ilin aprelindən indiyə qədər olan zaman çərçivəsindəki yoluxma halları ilə müqayisə etdikdə görülür:

"Belə ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər hər 1000 nəfərə düşən ölüm sayı 18 və hospitalizə olunanların sayı 81, 2021-ci ilin aprelindən indiyədək olan müddətdə hər 1000 nəfərə düşən ölüm sayı 4 və hospitalizə olunanların sayı isə 45-dir. Bundan başqa, İngiltərədə "Delta variantının ikincili yoluxma əmsalı da aşağı düşüb və hazırda "Alfa” variantı ilə eynilik təşkil edir”.(Report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol