• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı barəsində cinayət işi başlandı

Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı barəsində cinayət işi başlandı
26.05.2014 18:25

Bakıda bir neçə ay əvvəl ağac aşması nəticəsində ana və azyaşlı övladının faciəli ölümü ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.Bu barədə APA-ya işin istintaqını aparan, Nizami rayon prokurorunun böyük köməkçisi Mobil Şəfiyev məlumat verib.Onun sözlərinə görə, iş üzrə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi stansiyasının rəisi Nurəddin Məhər oğlu Rzayev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunub. Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilib.Qeyd edək ki, məlum hadisə bu il yanvarın 11-də Nizami rayonu, Babək prospekti ilə İ. Məmmədov küçəsinin kəsişməsində qeydə alınıb. İri gövdəli ağacın oradan keçən piyadalar - 1968-ci il təvəllüdlü Nərgiz Hacıyeva və onun azyaşlı oğlu Elmar Hacıyevin üstünə aşması nəticəsində onlar hadisə yerində ölüblər.Həmin fakta görə Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisənin baş vermə səbəblərini müəyyən etmək məqsədilə məhkəmə-bioloji ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol