• $
  • €
  • ₽
  • ₺
  • £

DSX: Axtarışda olan 278 nəfər saxlanılıb

DSX: Axtarışda olan 278 nəfər saxlanılıb
15.07.2021 20:30
Dövlət Sərhəd Xidməti tərəfin­dən döv­lət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qa­nunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əmə­liyyat-axtarış fəaliyyətləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, cari ilin iyun və iyul ayları ərzində Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 239 kiloqram 158 qram narkotik vasitə, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatları qanunsuz dövriyyədən çıxarılıb.

Bununla yanaşıDövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən "Xaş-Xaş-2021” şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində iyun ayı ərzində Ağstafa, Qazax, Qubadlı, Yardımlı və Xaçmaz rayonlarının sərhədboyu ərazilərində ümumi çəkisi 9 ton 511 kiloqram olan 36 min 125 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilərək yandırılma yolu ilə məhv olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində axtarışda olan 278 nəfər saxlanılıb, 33 şəxsin sənədlərinin saxtalaşdırılması və 12 şəxsin pas­portunun qeyri-fəal olması müəyyən edilib.

Dövlət sərhədindən buraxılış məntəqələrində ölkədən çıxışına məhdudiyyət tətbiq olunmuş 442 nəfər və ölkəyə girişi qadağan olunmuş 16 nəfər şəxs dövlət sərhədindən buraxılmayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol