Ölkədəki işsizlik səviyyəsi məlum olub

Bu ilin iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5279,9 min nəfər olub, onlardan 4929,1 min nəfərini məşğul əhali təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
İyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1677,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,6 min nəfər, qeyri-dövlət sektorunda isə 766 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1645,5 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi tikintidə, 7,3 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























