Gürcüstanda çörək bahalaşıb

Gürcüstanda çörəyin qiyməti təqribən 15 tetri artıb.
"Report”un yerli bürosu xəbər verir ki, buna səbəb hökumətin buğda unu ilə bağlı altı aylıq subsidiya proqramının başa çatmasıdır.
Çörəkbişirmə müəssisələri qiyməti 10 tetri, mağazalar isə əlavə 5 tetri qaldırıb.
Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib ki, qiymət artımı qaçılmaz olub: "Buna əsas səbəb xammalın bahalaşmasıdır. İstehsal üçün tələb olunan digər köməkçi materiallar və kommunal xidmətlərin də qiyməti artıb”.
Qonşu ölkədə ən çox tələbat olan çörəyin qiyməti 80 tetri təşkil edir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib