Yeni məktəbli geyimləri - Qiymətlər açıqlandı

2021-2022-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Layihə təsdiqləndikdən sonra məktəblilərin geyim formaları yeni tədris ilindən dəyişdiriləcək. Təhsil Nazirliyinin Mətbuat xidməti tərəfindən verilən açıqlamada belə qeyd olunub. Nazirliyin bildirdiyinə görə geyim təsvirləri ötən ilin əvvəlində ictimai müzakirəyə çıxarılanda valideynlər də fikir və təkliflərini bildiriblər. Təsvirlərin kifayət qədər sadə, lakin funksional olmasına diqqət yetirilib. Məktəbli formalarının qiyməti də seçilmiş materialdan və geyimin modelindən asılı olacaq.
bizim.media-ya bu barədə danışan "Bakı Tikiş Evi"nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov yeni məktəbli geyimlərinin istehsalının iki aya çatdırılmasının mümkünsüz olduğunu deyib:
Məktəbli formalarının qiymətlərinə gəlincə, E.Əzimov hər hansı dəyişiklik olmadığını söyləyib:
Məktəbli geyimlərinin satışının təhsil müəsssələrində təşkili ilə bağlı məsələyə toxunan Etibar Əzimovun sözlərinə görə formaları Bakı Tikiş Evinin satış mərkəzlərindən almaq olar:
"Məktəblərə forma vermirik. Onların işi şagirdlərə təhsil və tərbiyə verməkdir, forma satmaq deyil", deyə Tikiş Evinin rəsmisi əlavə edib.
Xatırladaq ki, layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən, oğlanlar üçün isə yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























