• $
  • €
  • ₽
  • ₺
  • £

Londonun ən bahalı məhkəməsi bitdi - Əhmədov 186 milyon ödəyəcək

Londonun ən bahalı məhkəməsi bitdi - Əhmədov 186 milyon ödəyəcək
16.07.2021 21:40
İngiltərənin boşanma məhkəmələrinin indiyə qədər gördüyü ən böyük maliyyə mübahisəsinə son qoyulub. Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovaya 186 milyon dollar təzminat ödəməyə razı olub.

"Qafqazinfo”nun "Bloomberg”ə istinadən məlumatına görə, Tatyana Əhmədova bu məbləği nəğd və incəsənət əsərləri qismində qəbul edib. Təzminat 2016-cı ilin məhkəmə hökmündə göstərilən məbləğin üçdə biri qədərdir. Yeni qərarla Fərhad Əhmədovun 115 metr uzunluğundakı 9 göyərtəli super yaxtası "Luna” özündə qalacaq.


Tatyana Əhmədovanın nümayəndəsi zənglərə cavab verməyib və qərarı şərh etməyib.

Qeyd edək ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 635 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.

Fərhad Əhmədovla Tatyana Əhmədova 1993-cü ildə ailə qurub 2014-cü ildə boşanıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol