Müdafiə Nazirliyindən kursant valideynlərinin iddialarına - Reaksiya

Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi təhsil alan bəzi kursantların valideynləri Müdafiə Nazirliyinin qarşısında toplaşıblar. Onlar bildiriblər ki, kursantlar əsassız olaraq təhsil ocağından xaric ediliblər.
Məsələ ilə bağlı Müdafiə Nazirliyindən "Qafqazinfo”ya bildirilib ki, 2020-2021-ci tədris ilinin I yarımilinin yekun qiymətləndirilməsinin nəticələrinə görə müvəffəqiyyət qazana bilməyən, böyük əksəriyyəti birinci kursda təhsil alan, ümumilikdə 17 kursant təkrar kəsir imtahanına buraxılıb:
Həmin kursantlar kəsir imtahanlarında fiziki hazırlıqdan müxtəlif çalışma növləri üzrə müəyyən olunmuş normativləri yerinə yetirə bilməyərək imtahandan kəsilib və məktəbdən xaric olunublar”.
Qeyd olunub ki, qanunvericiliyə əsasən, AAHM-dən xaric olunmuş kursantlar hazırda müxtəlif hərbi hissələrdə əsgər kimi hərbi xidmətdədir və onların yenidən hərbi məktəbə bərpa olunmaları qeyri-mümkündür:
"Ali Hərbi Məktəbdən xaric olunanlar arasında Vətən müharibəsində iştirak etmiş kursantların olması ilə bağlı əsassız iddialara gəlincə isə bildiririk ki, AAHM-in sonuncu kurs kursantlarının bir qismi müharibədə iştirak edib və onların da hər birinə kiçik leytenant hərbi rütbəsi verilib.
Onlar hazırda Azərbaycan Ordusunda zabit kimi leytenant hərbi rütbəsində xidmətlərini davam etdirirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























