• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandə qeydə alınan zəlzələlərin sayı AÇIQLANDI

Azərbaycandə qeydə alınan zəlzələlərin sayı AÇIQLANDI
17.07.2021 14:36
Bu ilin altı ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələlərin tədqiqatı bürosu" tərəfindən 6404 təkan qeydə alınıb.


Mərkəzdən Anews.az-a verilən məlumata görə, onlardan 2413-ü yerli (Azərbaycan ərazisi), 1492-i regional, 1350-i isə uzaq zəlzələlər olub.


Bununla yanaşı tək stansiya tərəfindən zəif 400 təkan qeydə alınıb. Büro tərəfindən həmçinin 749 partlayış və 3 (üç) palçıq vulkanı qeydə alınmışdır. Azərbaycan və ona bitişik ərazilərdə 11 hiss olunan zəlzələ olub. Bu ilin altı ayı ərzində Azərbaycan ərazisində ən güclü zəlzələ Xəzər akvatoriyasında qeydə alınıb. Maqnitudası 4.5 olan zəlzələ sahilyanı zonalarda və Sumqayıt şəhərində hiss olunub. Həmçinin Ermənistan ərazisində baş verən zəlzələ həmsərhəd rayonlarda 4-3 bala yaxın hiss olunub.


Bu ilin altı ayı ərzində Azərbaycan ərazisində baş verən və maqnitudası 3-dən yuxarı olan zəlzələlərin sayı 36 olub. Qeydə alınan palçıq vulkanlarından sonuncusu iyulun 4-də Daşlı adasında baş verən palçıq vulkanı olub ki, həmin vulkanda püskürmənin hündürlüyü 500 metrə çatıb.


2021-ci ilin birinci yarısında Böyük Qafqazın cənub-şərq yamacında -Zaqatala-Balakən zonasında seysmiklik zəif olub. Şamaxı-İsmayıllı, Talış və Qusar-Quba zonalarında aktivlik yüksək olmuşdur. Ağstafa və Şahbuz ərazisində seysmikliyin yüksək olması müşahidə olunub. Kiçik Qafqazda, Xəzər dənizində və İran-Türkiyə sərhəddində seysmiklik zəif olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol