• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid Xudayarın anası: Dedim bizə veriləsi evi versinlər ehtiyacı olan şəhid ailəsinə

Şəhid Xudayarın anası: Dedim bizə veriləsi evi versinlər ehtiyacı olan şəhid ailəsinə
18.07.2021 10:55
Bir neçə ay öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürməsi barədə xəbər yayıldı.

Dünən, 15 iyul Xudayar Yusifzadənin doğum günüydü. Şəhidimizin doğum gününü ailəsi onlaraa vəd edilmiş yeni evdəmi qarşılayır? Maraqlanmaq istədik. Təsadüfən bu gün sosial şəbəkələrdə Bərdə rayon sakinlərindən birinin Şəhid Xudayar Yusifzadəyə ev verilməsi və bu ev üzərində müxtəlif maxinasiyalar aparılması barədə məlumatı yayıldı. Xəbərin ən doğrusunu şəhidimizin anası Rada Qurbanovadan öyrənmək istədik.

Rada Qurbanova bildirdi ki, gəlib həyətdə çəkiliş aparılsa da onalra ev tikilməyib. Çünki Bərdə şəhərində onlara məxsus yanmış evin sənədi olmayıb deyə ev tikintisi ilə bağlı işlər təxirə düşüb. Amma Rada xanımın adını bilmədiyi bir xeyriyyəçi onlara ev alıb bağışlayıb. "Ola bilər ki, bu ev əvvəlcə Sahil Babayevin əmisi Vidadi müəllimə məxsus olub. O satıb, Bir başqası da alıb bizə bağışlayıb. Burda heç bir maxinasiyadan söhbət gedə bilməz”,- deyə rada xanım bildirib. Şəhid anası əlavə edib ki, onlara ev hədiyyə edildikdən sonra ƏƏSMN-nin rayon şöbəsinə müraciət edərək, qalmağa yerləri olduğunu bəyan edib, onlara veriləsi evi daha çətin durumda olan şəhid ailələrinə verilməsini özü xahiş edib.

"Bizim hələlik başımızı salacaq bir evimiz var.Elə şəhid ailələri var ki, körpə balaları çətin vəziyyətdə qalıb. Dedim versinlər onlara. Nə zamansa dövlət lazım bilərsə bizə də ev verər”,- deyə böyük ürəkli şəhid anası bildirdi.

Qeyd edək ki, Xudayar hələ balacaykən olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırdılar.

Ailənin yanmış evinin olduğu torpaq sahəsində nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürmüşdü.
 (bizimyol.info)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol