• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-nin kafedra müdiri vəfat edib

BDU-nin kafedra müdiri vəfat edib
26.05.2014 15:30
Azərbaycan elminə ağır itki üz verib. APA-nın xəbərinə görə, Bakı Dövlət Universiteti (BDU) «Slavyan ölkələri tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor Tofiq Vəliyev vəfat edib.Tofiq Talış oğlu Vəliyev 1934-cü il may ayında Ağdam rayonunun Kürdlər kəndində müəllim ailəsində anadan olub. 1948-1951-ci illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. 1951-1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləyib. 1953-1958-ci illərdə BDU-nun Tarix fakültəsində təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix institutuna göndərilib.1960-1963-cü illərdə İnstitutun əyani aspiranturasında təhsil alan T.Vəliyev 1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını, 1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçən T.Vəliyev 1993-cü ildən fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində çalışıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol