• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil işçiləri cəzalandırılacaq

Təhsil işçiləri cəzalandırılacaq
26.05.2014 15:18
Azərbaycanda 2013-2014-cü dərs ili üzrə məktəblilərin fənn olimpiadalarının keçirilməsində qeyri-obyektivliyə yol vermiş təhsil işçiləri barəsində intizam tənbehi tədbirləri görüləcək.Təhsil Nazirliyindən verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun "2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə" imzaladığı əmrdə qeyd edilir ki, aparılmış təhlillər zamanı bəzi rayonlar üzrə II mərhələdə yüksək nəticələr göstərmiş şagirdlərin olimpiadanın yekun mərhələsində çox zəif bilik nümayiş etdirdikləri müşahidə edib.Şirvan şəhəri, Sabirabad, Xaçmaz, Daşkəsən, Ağdam, Zəngilan, Ucar, Lerik, Qazax, Yardımlı, Qobustan, Salyan, Tovuz, Goranboy, Quba, Yevlax, Siyəzən, Cəlilabad, Şəmkir, Balakən və Ağdaşda bir sıra şagirdlərin rayon mərhələsi nəticələri ilə yekun mərhələdə göstərdikləri nəticələr arasında fərqlər olub. Bu faktı nəzərə alaraq, adı çəkilən rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müvafiq araşdırmanın aparılması və ayrı-ayrı fənlər üzrə qeyri-obyektivliyə yol vermiş münsiflər heyətinin üzvləri barədə qanunvericiliyə uyğun qaydada intizam tənbehi tədbirlərinin görülməsi tapşırılıb.Bununla yanaşı, Gəncə və Mingəçevir şəhərləri, İsmayıllı, Şamaxı, Astara, Biləsuvar, Şəki, Ağcabədi, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonları üzrə iştirakçıların yekun mərhələdə çox aşağı bal toplayıb. Bu fakt müvafiq yerli təhsili idarəetmə orqanlarının olimpiadaların təşkili və keçirilməsinə məsuliyyətsiz münasibət göstərmələri, şəffaflıq və obyektivliyi təmin edə bilməmələri, istedadlı şagirdlərin seçilməsinə səhlənkar və laqeyd yanaşmaları, bu vacib məsələdə məqsədli olaraq himayəetmə hallarına yol vermələri kimi qiymətləndirilib. Adları çəkilən rayon (şəhər) təhsil şöbələri rəhbərlərinə olimpiadaların II mərhələsində yol verilmiş nöqsanlarla bağlı araşdırmaların aparılması və nəticələri üzrə müvafiq intizam tənbehi tədbirlərinin görülməsi tapşırılıb.Təhsil Nazirliyi aparılmış təhlillər zamanı bəzi rayonlar üzrə II mərhələdə yüksək nəticələr göstərmiş şagirdlərin olimpiadanın yekun mərhələsində çox zəif bilik nümayiş etdirdikləri müşahidə edib. Bu hallar Təhsil Nazirliyi tərəfindən rayon mərhələsində istedadlı şagirdlərin seçimi zamanı obyektivliyin ciddi şəkildə pozulması, respublika turu iştirakçılarının seçimində laqeydlik və səhlənkarlığa yol verilməsi kimi qiymətləndirilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol